Oksford Enerji Tədqiqatları İnstitutunun dərc etdiyi son hesabata görə, Panama kanalında gəmi keçidinə qoyulan məhdudiyyətlər və quraqlıq səbəbindən 2023-cü ilin avqustundan 2024-cü ilin yanvarına qədər kanal vasitəsilə daşınan LNG həcmi üçdə iki azalıb. Sözügedən ticarət həcminin fevralda sıfıra düşə biləcəyi proqnozlaşdırılır.
Hafta.az-ın yazdığına görə, husilərin Qırmızı dənizdəki gəmilərə hücumları nəticəsində 12 yanvardan bəri buradan heç bir LNG yükünün keçmədiyinə diqqət çəkən hesabatda, “2023-cü ildə qlobal LNG ixracatının yüzdə 8-i Süveyş, 2,5 faizi isə Panama kanalı vasitəsilə həyata keçirilib. "Bu nöqtələrdəki fasilələr qlobal LNG ticarətinin 10 faizindən bir qədər çoxuna təsir edir", - bildirilib.
Kanallardakı nasazlıqlar Atlantik və Sakit Okean hövzələri arasında daşımalara mane olmur, lakin LNG yüklərinin daha uzun marşrutlara dəyişdirilməsi daşıma qabiliyyətini azaldır.
Hesabatda nəticə etibarilə keçən il 400 milyon ton olan qlobal LNG tədarükünün 5,4 milyon ton azala biləcəyi vurğulanıb və əlavə edilib: "Qlobal tədarükdəki bu kiçik azalma LNG tələbindəki dalğalanmalarla müqayisədə nisbətən məhduddur”.
Kəsintilərin ilk növbədə Qətərdən Avropaya, ABŞ, Rusiya, Əlcəzair və Misirdən Asiyaya çatdırılmalara təsir etdiyinə diqqət çəkən hesabatda qeyd edilir: “Nəticədə yüklər Ümid Burnuna (Cənubi Afrika) yönləndirilir. Daha uzun marşrutlar daha yüksək göndərmə xərcləri və hər bir gəmi tərəfindən müəyyən müddət ərzində çatdırıla bilən LNG-nin daha kiçik həcmi deməkdir. Bu əlavə xərclər yalnız Avropada LNG idxal qiymətlərinə səbəb olarsa, bu əlavə xərclər yüksək satış qiymətləri hesabına kompensasiya ediləcək".