Almaniyadakı məşhur virusoloqlarından biri olan Kristian Drosten verdiyi açıqlamada koronavirusun artıq planet miqyasında yayılan epidemiya olmadığını və endemik kimi müalicə edilməli olduğunu bildirib.
Berlindəki Charite Universiteti Xəstəxanasının virusologiya şöbəsinin müdiri Drosten, "Bu qışda korona endemikinin ilk dalğasını yaşayacağıq, proqnozlarıma görə, Pandemiya bitdi" deyib. Bunun üzərinə Almaniyanın ədliyyə naziri Marko Buşman epidemiya zamanı ən ehtiyatlı açıqlamalar verən alim Drosten olduğunu vurğulayaraq, ölkə daxilində bütün pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasına çağırıb.
Digər tərəfdən, koronavirusun ilk ortaya çıxdığı Çin hökuməti "sıfır hal" siyasətini yumşaltmaq üçün yeni bir qərar verib. Yeni qaydalar çərçivəsində koronavirusun “A sinfi yoluxucu xəstəliklər”dən çıxarılaraq “B sinfi”nə götürüldüyü və 5 günlük karantin tətbiqinin yanvarın 8-dən etibarən dayandırılacağı açıqlanıb.