Pandemiya dövründə dövlətimizin çətinə düşən vətəndaşların məsələlərinə çevik reaksiyası göz qabağındadır - Edinburqdakı soydaşımızdan Prezidentə məktub

18:26 01.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Hazırda koronavirus pandemiyasının yaratdığı vəziyyətin hər kəsə təsirsiz ötüşmədiyi məlumdur.

Mən Böyük Britaniyada təhsil alan tələbələrdən biriyəm. Tədrisin müddəti yenicə bitmişdir. Bu müddət ərzində təqaüd verilməsi dayandırıldığından maddi cəhətdən sıxıntı çəkirdim. Maliyyə vəziyyətimin ağırlaşması ilə bağlı müraciət etmişdim. Səfirlik pandemiyanın yaratdığı işsizlik mühitini və yaşadığımız gərginliyi nəzərə alaraq dərhal dəstək göstərdi və məni çətinlikdən xilas etdi.

Pandemiya dövründə dövlətimizin çətinə düşən vətəndaşların məsələlərinə çevik reaksiyası göz qabağındadır. Bu, Sizin liderliyinizin sayəsindədir, cənab Prezident. Buna görə bir gənc vətəndaş olaraq Sizə təşəkkür edirəm.

Hörmətlə,

İbrahimov Fərid Zakir oğlu

Böyük Britaniya, Edinburq şəhəri”.

Oxunma sayı 1769