Papa ilə Paşinyan görüşdü

20:47 20.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda sabit və davamlı sülhə olan ehtiyaca diqqət yetirilib.

Nikol Paşinyan Vatikanın dövlət katibi kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə də görüşüb.