“Paris-2024”: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib

16:33 29.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.

Hafta.az xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yaponiyalı Mitsuya Tanaka ilə qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.