Paris Paralimpiadasına daha bir lisenziya

13:12 12.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, paraatletika üzrə Azərbaycan millisinin üzvü Rüfət Rəfiyev Oyunlarda iştirak edəcək.

MPK tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite") verilib. O, nüvə itələmə növündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.