İyulun 5-dən sonra sərtləşdirilən karantin rejiminə necə əməl olunması ilə bağlı parklara baş çəkdik.
Gordüyümüz mənzərə heç də ürəkaçan olmadı. Belə ki, insanlar azyaşlı övladları ilə parklarda gəzişirdilər. Ara məsafəsi gözlənilmirdi. Tibbi maska və əlcəkdən istifadə olunmurdu.
Polis reydi zamanı məlum oldu ki, parka gəzməyə gələnlərin çoxu heç 8103 icazə sistemində 2 saatlıq izn də almayıblar.
Uşaqlar, azyaşlılar isə natəmiz yelləncək və oyuncaqlarda əylənməyə cəhd edir, əkrəm hallarda valideynlərinin qadağaları ilə qarşılaşmırdılar. Skamyalarda oturarkən belə, ara məsafəsi gözlənilmirdi.
Müşahidələrimiz göstərir ki, parka istirahətə gələnlər arasında yaşlı insanlar da çoxluq təşkil edir. Onların da bir çox hallarda ağızlarında tibbi maskaları görmədik. Hətta polis görən kimi ağacların arası ilə "yoxa çıxırdılar".