Yazını böyüt
Yazını kiçilt
Bu gün əsas məsələlərdən biri sənədsiz evlər problemidir. Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır.
Bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.
Deputat deyib ki, bələdiyyə torpaqlarının təftiş olunması vacibdir:
“Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”.