Parlamentin vitse-spikerinə töhmət verildi

20:20 11.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis sədrinin müavini Rafael Hüseynova töhmət verilib.

Hafta.az xəbər verir ki, buna səbəb Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olan vitse-spikerin Milli məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

Belə ki, VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında bildirilib ki, VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışı nə etik, nə də siyasi baxımdan yolveriləndir:

"Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir və ona töhmət elan edilməsi barədə qərar qəbul edilib".