Yazını böyüt
Yazını kiçilt
Bunu son günlər hakim Yeni Azərbaycan Partiyası (YAP) yetkililərinin açıqlamalarından da sezmək olar. Ediləcək dəyişikliklər arasında partiyaların qeydiyyatı prosesinin ağırlaşdırılması isə siyasi dairələr tərəfindən həmin qurumların sayının artmasının qarşısını almaq üçün vacib addım kimi dəyərləndirilir. Siyasi icmalçılar hesab edirlər ki, əgər belə olarsa, mövcud partiyaların birləşməsi prosesi də sürətlənmiş olar. Amma ictimai-siyasi proseslərə təsiretmə imkanı olan partiyalar birləşmək həvəsində deyillər.
ı Milli İstiqlal Partiyasının (AMİP) təşkilati məsələlər üzrə katibi Nazim Ələsgərov bildirdi ki, birləşmək müsbət haldır. Amma bu, normal seçki prosesindən sonra ola bilər: “Yəni bütün partiyalar seçkilərə qoşulurlar və orda hər kəsin gücü ortaya çıxır. Bu güc bilindikdən sonra partiyaların inteqrasiyası artıq qaçılmaz olacaq. Bu gün ölkədəki əsas partiyalar AMİP, Müsavat və AXCP-dir. Qalanlarının bir qovluğu, bir möhürü var və deyir gəl birləşək“. “AMİP-in belə bir arzusu olsa, Müsavatla birləşər, yoxsa AXCP ilə“ sualımıza isə o cavab verdi ki, təmsil olunduğu partiyanın heç bir qurumla birləşmək niyyəti yoxdur. Amma adıçəkilən partiyaların hər hansı birinin AMİP-ə birləşmək arzusu olsa, məsələni Siyasi Şurada müzakirə edə bilərlər.
ı Ümid Partiyası sədrinin müavini Ənvər Ağazadə isə dedi ki, partiyaların bu cür birləşməsi qeyri-mümkündür. Ə.Ağazadənin sözlərinə görə, Azərbaycanda partiyaların sayının azaldılması yalnız demokratik seçkilərin keçirilməsi ilə mümkün olacaq: “Bu, təbii bir proses nəticəsində mümkünləşən işdir. Əgər partiyalar birləşmək istəsəydilər, insanlar başqa-başqa partiyalarda təmsil olunmazdılar“. Ümid yetkilisinə görə, bu gün birləşmə ilə bağlı hansı partiyaya müraciət etsən, özünü hamıdan güclü sayacaq və deyəcək gəlin bizə birləşin. Ə.Ağazadə onu da dedi ki, 2003-cü ildən sonra bir neçə partiya ilə danışıqlar aparıblar: “Amma nəticə olmadı. Hətta çox kiçik partiyalar vardı ki, onlar özlərini həddən artıq böyük qüvvə kimi təqdim etdilər“.
ı Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə dedi ki, məsələyə bu şəkildə yanaşılmamalıdır: “Azərbaycanda çox təəssüflər olsun, yeni demokratiyalarda bir qüsur var. O da siyasi partiyaların ideologiyasız yaranmasıdır. Əslində, ideoloji partiyalaşmaya qədəm qoyandan sonra bu məsələlər avtomatik həll olunacaq. Klassik olaraq 3 ideologiya müəyyənləşdirilir. Tutaq ki, fərdin hüquq və azadlıqlarını prioritet verən liberal demokratiya, xalqın hüquq və azadlıqlarını əsas tutan milli demokratiya, dövlətin vacibliyinə üstünlük verən sosial demokratiya. Demokrat Partiyası birinci bölgüdədir. Yəni liberal demokratiya təmayüllü siyasi partiyadır“. ADP sədrinin sözlərinə görə, onlar Azərbaycanda klassik liberal-demokratik dəyərləri bölüşən bütün partiyalarla bir yerdə ola bilərlər: “Çox təəssüf ki, Jirinovski də özünü liberal-demokrat adlandırır, amma Rusiya faşizminin əsas ideoloji daşıyıcılarından biridir. Yəni müasir dövrdə ikinci qüsur isə ondan ibarətdir ki, siyasi məfhumlarla siyasi fəaliyyət arasında ziddiyyət var. Məsələn, çox adamlar adını islamçı qoyur, amma faktik ateist siyasət yürüdür. Yaxud adını qoyub sosial-demokrat, amma iri biznesin müdafiəsi ilə məşğuldur, əzilən siniflər heç ağlına da gəlmir. Bəzi adamlar adını milli-demokrat qoyub, millətin hüquqları hər addımda tapdalananda hardasa gizlənir. Bu baxımdan Azərbaycanda 2 cür problem vardır“.
ı Ədalət Partiyası sədri, millət vəkili İlyas İsmayılov isə dedi ki, onlar hansısa partiyaya birləşmək barədə fikirləşmirlər. “Ədalət“ sədrinə görə, belə bir proses reallaşa bilər, amma indi yox: “Bu, gələcəyin işidir. Hesab edirəm birləşmə süni şəkildə olmamalıdır. Belə olanda tez də ayrılmalar baş verir. Bu, fikrimcə, həyatın tələbi ilə olmalıdır“.
ı Vəhdət Partiyasının sədri Tahir Kərimli isə qeyd etdi ki, rəhbərlik etdiyi təşkilatın ideologiyası azərbaycançılıq və vəhdətçilikdir. Məhz bu yönümlü partiyalarla birləşmələri də mümkündür: “Amma Vəhdət Partiyasının Baş Məclisi ötən il keçirdiyi iclasında müstəqil fəaliyyət göstərmək istiqamətində qərar verib. Artıq bloklardan belə çəkinirik. Çünki vaxtilə Azərbaycançı Qüvvələr Birliyində, SİDSUH, DUH-da olmuşuq. Hətta “Vəhdət“ə 7 partiya birləşmişdi ki, onlar Xalq Azadlıq, Azərbaycanın Bütövlüyü Uğrunda Mübarizə, Milli Qurtuluş, Milli Demokrat partiyaları idi. Amma bu birləşmələr elə bir nəticəyə gətirib-çıxardı ki, sonda sanki birləşən partiyalar müxtəlif səbəblərdən ayrılmalı oldular. Ona görə də Vəhdət Partiyası təcrübəli olduğundan birləşməyə bir o qədər də meylli deyil“.
ı Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə də birləşmə tərəfdarı olduğunu bildirdi və dedi ki, belə bir zaman yetişsə, onlar öz fikirlərini bildirəcəklər. Onun sözlərinə görə, DADP-nin siyasi xətti iqtidaryönlü partiyaların, xüsusən də YAP-ın ideyalarına yaxındır. M.Əlizadə iqtidarın siyasi kursunu dəstəkləyən digər partiyaları birləşmək adı altında öz içlərində əritmək niyyətlərinin olmadığını da dedi. Onun sözlərinə görə, birləşmə baş verərsə, bu, sivil, demokratik qaydada baş tutmalıdır.
Nahid Canbaxışlı