“Facebook” və “Instagram”da problem yarandı

18:28 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində nasazlıq müşahidə olunur.

Hafta.az xəbər verir ki, bir sıra istifadəçilər hər iki platformaya girişdə, paylaşımların yenilənməsində və mesajların göndərilməsində problemlərlə üzləşdiklərini bildirirlər.

Məlumata görə, sosial şəbəkələrin bəzi funksiyalarının işləmədiyini və ya ləng fəaliyyət göstərdiyini qeyd edirlər.

Hələlik problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.