Paşinyan bu dəfə Berlində velosiped sürdü  

19:20 15.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyan bu dəfə Almaniya paytaxtında velosiped sürdü.

Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

Ermənistanın hökumət başçısı Berlin küçələrindən və parklarından keçdiyi velosiped yarışından video yayımlayıb.

Qeyd edək ki, Paşinyan UEFA prezidenti Aleksandr Çeferinin dəvəti ilə “Avro-2024” futbol çempionatının Berlindəki final oyununa tamaşa etmək üçün Almaniyada səfərdədir.  Dünən gecə Ermənistan baş naziri həyat yoldaşı Anna Akopyanla İspaniya-İngiltərə finalını izləyib. A. Akopyan tamaşaçılar kürsüsündən video-görüntü yayımlayıb.

Bundan əvvəl baş nazir xanımı və kiçik qızı ilə səfərindən video yayımlayıb. Sonra məlum olub ki, Ermənistan baş naziri Nikol Paşinyanın UEFA prezidenti Aleksandr Çeferinlə görüşü olub.