Paşinyan da "Sülh Şurası"na dəvət edildi

11:41 20.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq "Sülh Şurası"na dəvət edib.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub.

Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla və məsuliyyət hissi ilə qəbul edərək, Ermənistanın sülhün təşviqinə sadiqliyini təsdiqləyib.