“Paşinyan erməni cəmiyyətindən qorxur. Paşinyan erməni faşizmi xəstəliyinə mübtəla olan Ermənistan vətəndaşlarının təpkisini düşünərək danışır və aldadıcı manevrlər edir. O, anlayır ki, regionda sülh, sabitlik şəraitində yaşamaqda davam etmələrini istəyirlərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməlidir”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa Paşinyanın referendum keçirəcəyi və Minsk Qrupunun buraxılması ilə bağlı müzakirələrə başlayacağı ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
Ə.Mustafa bildirib ki, Paşinyan son vaxtlar məyusedici açıqlamalar versə də, Azərbaycanın haqlı olduğunu bilir və dərk edir ki, onun şərtlərini tələbələrini reallaşdırmaq lazımdır.
“Türkiyə ilə münasibətlərin düzəlməsi Ermənistanın bütövlükdə blokadadan çıxması, Avropaya inteqrasiya olunması, Rusiya, İran təhdidlərindən qurtulması deməkdir. Bundan öncə Azərbaycanla münasibətləri nizama salmaq, şərtlərinə əməl etməlidir. Paşinyan da başa düşür ki, Minsk Qrupu mənasız bir şeydir. Paşinyan hələ də təhlükəsizlik təminatları müqabilində qrupun ləğvinə razılıq verəcəyini deyir. Amma anlayır ki, onun tələbləri cəfəngdir. Rusiya tərəfi də artıq Minsk qrupuna ehtiyac olmadığını elan edib. ABŞ-da bu mövqedədir, qalır Fransa”.
Ə.Mustafa bidirib ki, Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı addımlar atacaq. Amma hələlik erməni cəmiyyətindən qorxur.
“Görünür, parlament seçkiləri keçirib hakimiyyətini gücləndirəndən sonra bu addımlara gedəcək. Çünki faşist ideologiyası o qədər dərinə işləyib ki, Türkiyə-Azərbaycanla əməkdaşlığın Ermənistan üçün xilas yolu olduğunu anlamaları vaxt alacaq".