Paşinyan Soçi görüşünün detallarını açıqladı - "SÜLHMƏRAMLILARIN MANDATININ UZADILMASI..."

12:04 02.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyan Soçi görüşünün detallarını açıqlayıb.

Hafta.az bildirir ki, Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bildirib ki, onun Azərbaycanın Yuxarı Qarabağ iqtisadi rayonu ərazisində dislokasiya olunmuş rus sülhməramlılarının mandatının uzadılması təklifi qəbul olunmayıb.

"Məncə, bu məsələ gündəmdədir. Amma diqqətinizə çatdırmaq istəyirəm ki, üçtərəfli bəyanata əsasən, sülhməramlıların Dağlıq Qarabağda qalma müddəti avtomatik olaraq uzadılır. Yəni, uzadılmaya da bilər, əgər tərəflərdən biri göstərilən müddətə altı ay qalmış etiraz edərsə”, - Paşinyan bildirib.

Siyasət rubrikasından digər xəbərlər