“Nikol Paşinyanın müxtəlif dadlı yeməklərə, yeyib-içməyə böyük sevgisi hamıya məlumdur. Və o sevgi də “Artsax” yer adı ilə bağlı idi. Məlum olur ki, gənc Nikol “Artsax” sözünü ilk dəfə İcevanda o illərdə çox fəal olan restoranın sayəsində eşidir. 2024-cü ildə Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının “Demokratiya məktəbi”ndə “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda mühazirə oxumuş və sovet dönəminə toxunaraq, İcevanda doğulub boya-başa çatdığını xatırlayaraq 1986-cı ildə - Sovetlər İttifaqı dövründə İcevandakı ən məşhur elit restoranın “Artsax” adlandırılmasını xatırladıb”.
Hafta.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.
Məlum olur ki, 13 yaşında Nikol Paşinyan Qarabağa “Artsax” adlı şeir həsr edib.
“2020-ci ildə İcevan şəhərindən olan şairə Lusine Yenqoyan “Van Aryan” nəşriyyatında “İcevan mədəniyyəti: 1970-ci illərdən 2020-ci ilə qədər” kitabını nəşr etdirib, bu kitabda Nikol Paşinyanın 1988-ci ildə 13 yaşında yazdığı 7 bəndlik “Artsax” şeiri də yer alıb”, -davamında erməni nəşri belə yazır və həmin şeiri təqdim edib.
Sultan Laçın