Payızda bu məhsulların QİYMƏTİ SÜRƏTLƏ QALXACAQ - XƏBƏRDARLIQ

18:08 04.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda inflyasiya davamlı şəkildə irəli gedir. Sadəcə, təxminən 10 faiz həcmində aşağı düşüb. Bu da hazırda kənd təsərrüfatı məhsullarının mövsümü ilə əlaqədardır.

Bu fikirləri hafta.az iqtisadçı-ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, payıza doğru mövsümü məhsullar bitəcək:

“Yəni, mövsümün bitməsi ilə bağlı inflyasiya təhdidləri daha da sürətlənəcək. Təxminən noyabr ayından başlayaraq inflyasiyanın daha sürətlə irəlilədiyinin şahidi olacağıq. Bu il üçün ərzaq məhsullarında hesab edirəm ki, 20 faiz inflyasiya baş verəcək.

 Düzdür, hökumətin hesablamaları bu qədər yüksək inflyasiyanı göstərməyəcək. Amma düşünürəm ki, ərzaq məhsulları ən azı 20 faiz bahalaşacaq. Umumilikdə isə 12-15 faiz inflyasiya müşahidə edəcəyik. Daha çox bahalaşma kərə yağı, un və un məmulatları, bitki yağı, ət və ət məhsullarında baş verəcək”.

Oxunma sayı 4570