Yazını böyüt
Yazını kiçilt
Bu gündən etibarən Fransız İnstitutu böyük məmnuniyyətlə «Pol Nadar: Bakıya əsrarəngiz səyahət» adlı fotosərgisini təqdim edir.
Hafta.az-ın yazdığına görə, bu gün açılan sərgi 15 fevral 2022-ci ilədək Milli İncəsənət Muzeyində davam edəcək.
Bu sərgi Pol Nadarın Bakıdan keçməklə, İstanbuldan Daşkəndə səfəri zamanı çəkdiyi fotoşəkillərə, eləcə də atası Feliks Nadarın Parisdə çəkdiyi fransız məşhurlarının portretlərindən bəhs edir.
130 il əvvələ əsl fotosəyahət olan bu əsərlər Azərbaycanda ilk dəfə Memarlıq və İrsi Mediateka (Fransa Mədəniyyət Nazirliyinin nəzdində) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təqdim olunur.