Paytaxtda ümumi dezinfeksiya tədbirləri üçün Nazirlər Kabineti qərar verməlidir

11:32 18.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq paytaxt küçələrində dezinfeksiya işləri aparılır.  Lakin yoluxma sayını kəskin artdığı bu günlərdə küçələrin yuyulması hallarına şahid olmuruq.

Hafta.az-ın məlumatına görə, paytaxt küçələrinin bütövlükdə dezinfeksiyası üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ayrı-ayrı rayonların küçələrinin dezinfeksiyasına gəldikdə isə bu hər bir rayon icra orqanının öhdəliyindədir.

Qeyd edək ki, Bakı küçələrində sonuncu dezinfeksiya işləri ötən ayın 16-da həyata keçirilib.