Paytaxtda zəncirvari qəza - Yola dağılan yağ maşınlara ziyan vurub-VİDEO

12:58 30.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qaradağ rayon Lökbatan qəsəbəsində qeydə alınıb. Şəhər istiqamətində hərəkət edən 5 avtomobil, yola dağılan maşın yağına görə qəza törədiblər.

Yağın üzərindən kəçən avtomobillər idarəetməni itirərək dəmir arakəsməyə çırpılıblar.

Hadisədə xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.