Penitensiar Xidmət MTN polkovnikinin ölümü ilə bağlı məlumat yayıb

15:40 09.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılovun ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib. Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.

Oxunma sayı 24