Pensiyalar 15 faiz indeksasiya ediləcək - Nazir

12:31 05.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir. “İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək. Bu indeksasiya əhəmiyyətli dərəcədə maliyyə vəsaiti tələb edir”, - deyə S.Şərifov əlavə edib.

Oxunma sayı 1655