Peruda fövqəladə vəziyyət elan edilib

23:23 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peru prezidenti Pedro Kastilyo parlamenti buraxıb və ölkədə fövqəladə vəziyyət elan edib.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, prezident bu barədə xalqa müraciətində bildirib.

“Vətəndaşların müraciətinə cavab olaraq qanunun aliliyi və demokratiyanın bərqərar olması üçün fövqəladə hökumət yaratmaq qərarına gəldik. Bu da Konqresin müvəqqəti buraxılması və fövqəladə hökumətin yaradılmasını əhatə edir. Yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”, - deyə müraciətində qeyd edib.

O, həmçinin Peruda bu gündən etibarən komendant saatının tətbiq edildiyini söyləyib.

Oxunma sayı 975
Dünya rubrikasından digər xəbərlər