Pərviz Şahbazov neft-qaz ixracının həcmini açıqlayıb

10:38 09.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin ilk yarısında Azərbaycanda hasil edilmiş 16,5 milyon ton neftin 13,4 milyon tonu ixraca nəql edilib.

Hafta.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artımla hasil edilmiş 23,4 milyard kubmetr qazın 11,2 milyard kubmetri ixrac olunub.