Peyvənd etdirmədiyinə görə işdən qovuldu 

20:05 18.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peyvəndləmənin könüllü olduğu deyilsə də, dünya üzrə peyvənd vurdurmayanlara tətbiq olunan qadağalar, onlara edilən təzyiqlər bunun əksini deyir.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, bəzi ölkələrdə peyvənd vurdurmayan şəxslərin işdən çıxarılması prosesi başlanıb. Belə hal ABŞ-da yaşayan 34 yaşlı Bonnie Jacobson-un başına gəlib.

Bonnie Nyu-Yorkdakı restoranların birində ofisant işləyirdi. Lakin o, peyvənd vurdurmaması səbəbindən işdən qovulub.

Qadın bildirib ki, hələ ailə qurmayıb və vaksinin sonsuzluq yaratmadığına dair araşdırmalar yekunlaşmayana qədər peyvənd vurdurmaq istəmir.

Qeyd edək ki, ABŞ-da peyvənddə ölüm halları da baş verib. UC Irvine sağlamlıq mərkəzində rentgen mütəxəssisi işləyən Tim Zook vaksinasiyadan bir neçə gün sonra dünyasını dəyişib.