Poçt şöbələrində POS-terminalların fəaliyyəti bərpa olunub

14:34 26.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Poçt şöbələrində POS-terminalların fəaliyyəti bu gündən etibarən bərpa edilib.

Bu barədə hafta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-dən bildiriblər.

Qeyd edək ki, 24-25 dekabr 2022-ci il tarixlərində, aparılan profilaktik tədbirlərlə əlaqədar olaraq poçt şöbələrində POS-terminalların fəaliyyəti dayandırılmışdı.