Polşa ilk Bayraktarları qəbul edib

20:23 28.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polşa Türkiyədən ilk altı “Bayraktar” pilotsuz təyyarəsini alıb, onlar Hərbi Hava Qüvvələrinin Miroslavetsdəki bazasında yerləşir. Bu barədə Polşa mətbuatı ölkənin müdafiə naziri Mariuş Blaşçaka istinadən məlumat yayıb.

“Hərbi hissələrimizi Bayraktarlarla təchiz etmə prosesinə başlamışıq. Bu, Polşa Ordusunun modernləşdirilməsi prosesində mühüm mərhələdir”, – Polşa mətbuatı nazirin sözlərindən sitat gətirir.
Mətbuatın yazdığına görə, müqaviləyə əsasən, Polşa 2024-cü ilin sonuna qədər 24 ədəd Bayraktar TB2 pilotsuz təyyarə almalıdır. Sənədə uyğun olaraq, Türkiyə tərəfi yerüstü dəstəyi, ehtiyat hissələrinin tədarükü, lazımi diaqnostika, eləcə də Polşa operatorlarına təlim keçməyi öhdəsinə götürüb. Müqavilənin ümumi məbləği 270 milyon dollardır.