Premyer Liqanı tərk edəcək ilk klub müəyyənləşib

11:33 01.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Hafta.az xəbər verir ki, “Norviç Siti” ölkə çempionatının 35-cu turunda “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.

İyirmi bir xalla turnir cədvəlində sonuncu - 20-ci pillədə olan “Norviç Siti” son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.