Prezident İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib

13:13 14.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.