Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev də eynilə cənab Ərdoğan kimi, bölgənin hörmət sahibi liderlərindəndir. O, həm Moskva, həm Kiyev, həm də Ankaranın nəzərində güclü fiqurdur.
Bu fikirləri hafta.az-a Krım İnkişaf Fondunun və Krım Tatar Mədəniyyət Dərnəkləri Federasiyasının sədri Ünver Sel deyib:
Prezident İlham Əliyevin səfərini yalnız Rəcəb Tayyib Ərdoğanın təklifi müstəvisində deyil, həm də Vladimir Putinin münasibəti baxımından da müştərək cəhd hesab edə bilərik. Bu səfər, eynilə Qarabağda olduğu kimi, Ərdoğan - Əliyev - Putin təklifi olaraq ortaya çıxmış görünür. Onsuz da prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səylərinin Minsk Qrupundan daha real nəticələr verdiyi ortadadır.