Prezident: İkinci Qarabağ müharibəsi regionda vəziyyəti əsaslı şəkildə dəyişdi

19:06 20.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İkinci Qarabağ müharibəsi regionda vəziyyəti əsaslı şəkildə dəyişdi.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.

Dövlət başçısı bildirib:

"Cənubi Qafqazda yaranmış yeni vəziyyət yeni yanaşmalar tələb edir. Bu, çox vacib mövzudur. İkinci Qarabağ müharibəsi vəziyyəti əsaslı şəkildə dəyişib".