Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandandır – Qasım Hacıyev

15:13 24.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti, cənab İlham Əliyev eyni zamanda Müzəffər Ordumuzun Ali  Baş Komandanıdır. Hələ Prezident seçilməmişdən əvvəl onun beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycan torpaqlarının işğalının əleyhinə olan çıxışları hamımıza yaxşı məlumdur.

Bu fikirləri hafta.az-a tarix elmlər doktoru Qasım Hacıyev deyib.  

Onun sözlərinə görə, bütün fəaliyyəti ilə bərabər, Azərbaycanın ən ağrılı problemi olan  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi onun diqqətindən heç vaxt yayınmadı:

“Bəlkə də vaxtilə diplomatik danışıqlar və siyasət düzgün istiqamətdə getməsəydi, 44 günlük qələbə zamanı  Azərbaycanın üzərinə daha çox basqılar edilərdi.  İdeoloji, diplomatik və siyasi baxımdan  basqılar edilsə də, cənab Prezident hərb sahəsində bir Komandan, Müzəffər dövlət başçısı kimi Azərbaycan Ordusunun  böyük gücü, xalqın birliyi nəticəsində  düşmənləri Azərbaycan ərazisindən qovdu, torpaqları işğaldan azad etdi, ərazi  bütövlüyümüzü qorudu. Ölkəmizin Turan Birliyinə qoşulması, Zəfərimiz Zəngəzur yolunun açılmasıdır. Bütün bunların hamısı Azərbaycan dövlətçiliyini, dövlətini o qədər yüksəklərə qaldırdı ki, artıq dünyanın elə bir dövlətləri yoxdur ki, Azərbaycan  dövlətinin bu düzgün yolla inkişafını nəzərə almasın, başa düşməsin.  Mən orta məktəbdə tədris olunan “Qarabağ Dərsliyi”nin müəllifiyəm.  İndiyə qədər Qarabağın necə cənnət guşə olduğunu, Azərbaycan xalqının taleyində böyük rolu olduğunu yazırıq, deyirik. Bizim gənc tarixçilərin yazdığı “Zəfər yolu” kitabının redaktoruyam. Orada da bu tarixi hadisələr, bu proseslər geniş işıqlandırılıb. Mənə verilən bu imkandan istifadə edib, Azərbaycan Prezidentini, Ali Baş Komandanı  yubileyi münasibətilə təbrik edirəm. Ömrümün çox hissəsini Qarabağ tarixi ilə məşğul olmuşam.  Bu gün çox şadam ki, Azərbaycanın bu dilbər guşəsi, Qarabağla birlikdə 7 rayonumuzun böyük hissəsi işğaldan azad edildi.  Prezidentimizi təbrik edirəm, həm də bütün Azərbaycan xalqına gözaydınlığı verirəm.