Prezident nazir müavinini TƏLTİF ETDİ 

11:22 25.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.

Hafta.az-ın məlumatına görə, təltif olunanlardan biri də müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovdur.

Sərəncama əsasən, nazir müavini 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

O, 2023-cü ildə təyin edilib və müdafiə nazirinin yeganə mülki şəxs olan müavinidir.