“Azərbaycan Prezidentinin ABŞ-a işgüzar səfəri, keçirəcəyi görüşlər, imzalanacaq sənədlər onu deməyə əsas verir ki, diplomatiyada növbəti tarixi qələbəmizin astanasındayıq”.
Bunu hafta.az-a deputat Vüqar İsgəndərov bildirib.
Deputat görüşdən öncə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə SOCAR və ABŞ-nın ən böyük şirkəti arasında bağlanan müqavilənin əhəmiyyətinə diqqət çəkib. Eyni zamanda Azərbaycan Prezidenti ilə Donald Trampın elçisi arasında baş tutan görüşün hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə işıq saldığını önə çəkib.
Deputat, Co Bayden hakimiyyətindən fərqli olaraq Donald Trampın Azərbaycanla münasibətləri strateji münasibətlər mərhələsinə çatdrmağa çaışdığını qeyd edib. Bildirib ki, Trampın həm Novruz bayramı, həm də müstəqillik günlərində Azərbaycan Prezidentinə ünvanladığı məktublarda bugünkü proseslərə işarə edilib:
“Vaşinqtonda keçiriləcək görüş tarixi olacaq. Biz ABŞ-Azərbaycan arasında strateji müqavilənin imzalanacağını gözləyirik. 907-ci düzəlişin ləğvi ilə bağlı məsələ öz həllini tapmalıdır. Məlumdur ki, bu məsələ indiyə qədər ABŞ tərəfindən bir silah kimi istifadə olunub. Bu düzəlişin Azərbaycana ciddi təsiri olmasa da, bədnam bir məsələ olaraq ləğv olunmalıdır. O cümlədən iki ölkə arasında enerj-nəqliyyat məsələlərinin müzakirsindən yaxşı nəticələr gözlənir. Əsas məsələ sülh müqaviləsinin bağlanması ilə bağlıdır. Bu istiqamətdə çərçivə sazişi, sülh müüqaviləsi sənədlərinin paraflanması ola bilər. Zəngəzur dəhlizinin açılması da tarixi qələbəmizi şərtləndirəcək”.
V.İsgəndərov Ağ Evə yaxın mənbələrdən ABŞ-nın 43,5 kilometrlik ərazini 99 illik icarəyə götürməsinə diqqət çəkib. O, bildirib ki, necə adlandırılmasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycan maddi-mənəvi haqqını qazanmış olacaq:
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən bu yol yalnız iqtisadi yox, həm siyasi, həm mədəni və digər sahələrdə də inkişaf etdiriləcək. Azərbaycanı quru yolla Türkiyə, türk dünyası ilə biləşdirəcək. Çindən gələn malların Londan və Avrasiya qitəsinə aparılması və yeni rentabelli bir dünya səviyyəli yolun açılması olacaq. Bütün bunların hər biri Vaşinqton görüşlərində müzakirə olunacaq və biz öncədən əminik ki, Prezidentin ABŞ-a işgüzar səfəri Azərbaycan tarixinə öz imzasını qoyacaq”.