Yazını böyüt
Yazını kiçilt
Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xüsusi təyinatlı tibb müəssisəsində müalicə alan şəxsin xəsarətlər alması ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib
“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, - açıqlamada deyilir.
Qeyd edək ki, kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edib.