Putin koronavirusla bağlı yenidən Rusiya xalqına müraciət edib

19:13 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı yenidən xalqa müraciət edib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı indiyə kimi yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri barədə məlumat verib. O, əhalinin yaşlı təbəqəsini ev təcridində qalmağa çağırıb:

"Xüsusilə yaşlı insanlardan xahiş edirik ki, bu müddət ərzində evdə qalmaları çox vacibdir. Atılan bu addımlar sizin sağlamlığınızın təhlükəsizliyi üçündür. Xahiş edirik ki, evdə qalasız".

Rusiya Prezidenti ötən həftə ərzində ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almağa nail olduqlarını söyləyib. Moskva və Moskva ətrafında ev təcridi rejiminin tətbiq olunmasını düzgün addım adlandıran Putin paytaxt sakinlərinə müraciət edərək onları məsuliyyətli olmağa, özlərinin və ətrafdakılarının sağlamlıqlarına diqqət yetirməyə çağırıb.  

Oxunma sayı 143