Putin onların ikisinə də zəng etdi

15:04 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın prezidenti Məsud Pezeşkianla rusiyalı dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov mətbuata açıqlamasında bildirib. Telefon danışığında Yaxın Şərqdə, o cümlədən İrandakı vəziyyət müzakirə olunub.

Peskovun sözlərinə görə, Putin vəziyyətin de-eskalasiyası üçün səylər göstərir:

“Məsələ yalnız İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh məsələsinə yardım deməkdir. Rusiya, o cümlədən prezidentin fəallığı sayəsində gərginliyin azaldılmasına töhfə vermək məqsədilə hazırda da bu yardımı göstərir”.

Qeyd edək ki, yanvarın 16-da Putin həmçinin, İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdə, o cümlədən İranda vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Kremlin məlumatına görə, Rusiya lideri regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş diplomatik addımların fəallaşdırılması ilə bağlı yanaşmalarını açıqlayıb.