Putin Paşinyanı belə təbrik etdi

23:30 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri təyin olunması münasibətilə Nikol Paşinyanı təbrik edib.

 

Hafta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Putin Paşinyanın rəhbərlik etdiyi hökumətin fəaliyyətinin Rusiya-Ermənistan münasibətlərinin inkişafına, həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Bundan əlavə, Rusiya lideri ikitərəfli və digər aktual regional məsələlər üzrə konstruktiv dialoqa və birgə işi davam etdirməyə hazır olduqlarını söyləyib.

Oxunma sayı 806