Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidenti Vladimir Putin bu gün səhər Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.
Kremlin saytının məlumatına görə, görüş “daxili təhlükəsizliyin təmin edilməsi” mövzusuna həsr olunub. Heç bir təfərrüat yoxdur.
Görüş Rusiya aerodromlarında baş verən partlayışlar fonunda keçirilir. Bu gün səhər saatlarında Kursk aerodromunda partlayış olub.
Bundan əlavə, Bryansk vilayətində yanacaq çənlərindən bir neçə metr aralıda zavodun ərazisində pilotsuz təyyarənin zərbəsi nəticəsində yanğın baş verib.