Yazını böyüt
Yazını kiçilt
Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab iqtisadi tədbirlər haqqında fərman imzalayıb.
Putin hökumətə 10 gün ərzində cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.
Sənəd Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslər qarşısında əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi və Rusiyada sanksiyalar altında olan şəxslərin xeyrinə Rusiyadan xammal və məhsulların ixracını qadağan edir.