Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir. Hafta.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Biz 2020-2022-ci illərdəki üçtərəfli sazişlərə uyğun olaraq ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasıması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”.
Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan liderlərinin faydalı söhbətinə də diqqət çəkib. “Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS sammitinin platformasından yararlanmasından və regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm”, - deyə o vurğulayıb.
Ləman