Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov bildirib ki, Rusiya Ukraynanı iki yerə bölmək yollarını axtarır və hədəf Şimali və Cənubi Koreya modelidir.
Hafta.az bildirir ki, Budanovun fikrincə, Kiyevi ələ keçirmək planı iflasa uğrayan Putinin hazırkı məqsədi Ukraynanı şimal və cənuba bölmək ola bilər. Putinin bu addımında nümunə götürdüyü yer Koreya yarımadasıdır.
Kirilo Budanov onu da bildirib ki, Rusiya işğal etdiyi Ukrayna ərazisində dövlətə bənzər struktur yaradaraq ondan müstəqil Ukraynaya qarşı istifadə etmək istəyir.
Ukrayna kəşfiyyatının direktoru Budanov deyir ki, Vladimir Putinin Ukraynanı parçalamaq məqsədinə ən böyük maneə Mariupoldur. Donbas və Krım arasında ən strateji nöqtə olan Mariupol şəhəri günlərdir rus işğalçılarının şiddətli bombardmanı altındadır və 100 min dinc sakin şəhərdə sıxışıb qalıb.