Yazını böyüt
Yazını kiçilt
Kreml Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu gün Rusiyaya planlaşdırılan səfəri barədə məlumat yayıb.
Hafta.az xəbər verir ki, Əhməd əl-Şaraanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Rusiya və Suriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafını müzakirə edəcək.
Eyni zamanda, prezidentlər Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Suriya liderinin Moskvaya səfər edəcəyi barədə məlumattı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yaymışdı.