Qadın sürücü piyadanı vurdu 

17:48 09.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə piyadanı avtomobil vurub.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin Huseyn Cavid küçəsində baş verib. Hərəkətdə olan "KİA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücü qadın olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./unikal/