Qadını şantaj edən şəxs saxlanıldı

12:12 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Oxunma sayı 101