Yazını böyüt
Yazını kiçilt
Türkiyənin “Qalatasaray” komandası Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Bu transfer üçün İstanbul nəhənginin kassasından 6 milyon avro çıxıb. Macarıstanlı futbolçu “sarı-qırmızılılar”ın heyətində illik 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın “Frayburq” klubunda çıxış edib.