Qalınçaq kəndində 5 otaqlı ev yanıb

12:16 07.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, İsmayıllı rayonunun Qalınçaq kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və bitişik sahəsi 72 m² olan talvarın taxta atmaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.