Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

10:38 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhəri, Cəlilabad və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalarla Bakı şəhəri, Səbail rayonunda abadlaşma işləri aparılarkən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 107 ədəd ağacın kəsilməsi nəticəsində ekosistemə 7 min manatdan çox ziyan vurulduğu müəyyən edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.3-cü maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib, həmçinin ziyanın ödənilməsinin təmin ediləsi üçün zəruri tədbirlər görülüb.

Oxunma sayı 847