Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

09:38 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov hafta.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin  Sumqayıt şəhər sakini Sabir Əliyev, Şabran şəhər sakinləri Fizuli Xudaverdiyev, Fizuli Quliyev və Elmar Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

 

“Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində  qanunsuz ov edən Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov, Hüseyn Sultanov və Ağcabədi rayon sakini Xəqani Abdullayev saxlanılıb”. 

 

B. Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Oxunma sayı 23