Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

11:18 28.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 2 patron darağı və 21 ədəd patron aşkar edərək götürüblər.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.